Kurtlar Vadisi Pusu Polat İskenderi astıqdan sonra bir çoxları çox məyus olub. Məyus olanlar arasında az yaşlılar da az deyil. Halbu ki, bu filmə 7 yaşından yuxari şəxslər (+7) baxa bilərlər. Amma İstanbulda fərqli və acı bir hadisə baş verib.
İstanbulda yaşayan iki azyaşlı bacı və qardaş Ebrunun və İsgəndərin ölümündən çox təsirlənmişdilər. Onlar həmin səhnəni təkrarlamaq istəyiblər. 8 yaşlı Onur Təpə özündən kiçik bacısı ilə oyun oynayırmış. Oyun zamanı Onur anasının yaylığının bir ucunu boğazına keçirib, digər ucunu isə dəmirə bağlayıb, özü də divanın üstünə çıxıb.
Qəfildən uşağın ayağı sürüşüb və o, bağazından asılı vəziyyətdə havada qalıb. Balaca qız qardaşını görən kimi dərhal yan otaqdakı valideynlərinə xəbər verib. Xəstəxanaya çatdırılmasına baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
|