Redbullun əsas tərkibi: Qlukoz Taurin Glukuronolakton Kafein (Bu isə bizim qanadlar. Bizə enerji versədə, göydə olaraq qanadlar yox olur, və yıxılırıq.) Niasin İnositol ( İnositol depresiya, qorxu və bir çox psixoloji xəstəliklərə qarsi əla dərmandı. Amma bunun təsirini Red Bulldan almaq üçün günə təxminən 360 ədəd Red Bull içmək lazımdır.) Xeyirlər: RedBull-un dediyinə görə, içki insanın hisslərini oyadır, bədəni tənzimləyir və əlbəttəki enerji verir.
Ziyanlar
(Təxminən bir gündə 3+ və ya bir ay ərzində gündə 1 250ml-lik RedBull içəndə baş verir): 1. RedBullu içib idman və ya ağır işlə məşğul olmamaq çox ziyandır. RedBull ürək döyüntüsünü böyük miqdarda sürətləndirir, və bədən gücə düşməsə, ürək dərhal dayana bilər. 2. RedBullun enerji daşıyıcı maddələri qanın laxtalanmasının qarşısını alır, və buna görə, qanın tez dövran etməsi bədəndə xəstəliklər yarada bilər və yara varsa, dayanmadan qan axma baş verə bilər. 3. RedBull-u HEÇ vaxt spirtli içki ilə birləşdirib içməyin. Bu dərhal qara ciyərlərə təsir edir, və ölümcül xəstəliklər yaradır. 4. RedBull-un tərkibində Vitamin B-12 var. Ona görə RedBull-u çox içənlər "sərxoş" hal alırlar. 5. RedBull insanın sinir sistemində müalicəsi olmayan xəstəliklər və boşluqlar yaradır. Amma RedBull-un ən böyük ziyanlarından biri....
![null](http://i047.radikal.ru/1003/18/274858ade3f5.jpg) Meyillilik. Təxminən 3 həftə ərzində gündə 2 RedBull içən şəxs, dördüncü həftə RedBull-suz ağır işlə məşğul olmağı bacarmayacaq. Onsuzda yediklərimizin, içdiklərimizin çoxusunda xoşagəlməz maddələr var. Ona gore hər birini yerində və həddində qəbul etmək lazımdır. RedBull-un ölümcül xüsusiyyətləri, amma, ona qarşı lap cox ehtiyatlı olmağımıza məcburiyyət verir. Siz RedBull içirsiz? İçmisiz? Fikirləriniz...
|