2024-04-20 | Log out 
null null 
Ana Səhifə Qeydiyyat Mp3 Oyunlar Onlayn Photo Shop Səkillər

Menu
Bölmələr
Program [38]
MP3 [37]
Video [22]
Şəkil [11]
Oyun [7]
Dərslik [2]
Xəbərlər [18]
Film [9]
KitabXana [2]
Oxu və Bil [8]
Statistika
hobbies

Ümumi online 1
Qonağlar: 1
İstifadəçilər: 0
Music Box
Səs ver
Saytımızda ən lazmılı nədir ?
Total of answers: 186
Main » Files » Xəbərlər

Dinc yürüş vəhşiliklə dağıdıldı
2010-02-14, 5:15 PM

Bu gün İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Həsənin (ə) şəhadət gününə təsadüf edir. Gənclər bu iki şəxsiyyətin anım mərasimini şəhidlər xiyabanında qeyd etmək məqsədilə Hacı Soltanəli məscidindən yürüşə başlayıblar. Yürüş icazəli olduğu üçün bir qrup gənc əllərində gül-çiçək şəhidlər xiyabanı istiqamətində hərəkətə ediblər. Füzuli meydanını keçdikdən sonra onları müşahidə edən polislər yürüş iştirakçılarını vəhşiliklə dağıdıb, əksəriyyətini isə polis bölmələrinə aparıblar. Sözügedən hadisəyə münasibət bildirən Fəzilət Partiyasının sədri Gündüz Hacıyev jurnalistlərə açıqlamasında dedi: "Birmənalı olaraq belə hadisələr pislənilməlidir. Əziz Peyğəmbərimizin (s) şəhadəti günü müsəlman gənclərin vəhşiliklə döyülməsi heç bir normaya sığmır. Yürüş dinc xarakter daşıyırsa, burada "dubinkaya” və zorakılığa ehtiyac qalmır. Görünür müsəlman xalqına növbəti işğəncə belə nəzərdə tutulubmuş. Hesab edirəm ki, yəhudi nökərləri bu əməllərilə öz ağalarının xoşuna gəlmək istəyirlər”.

G.Hacıyev belə hadisələrin baş verməsini xalq-hakimiyyət arasında uçurumun yaratdığını bildirdi: "Polis camaatın ümid və pənah yeri olmalıdır. Eyni zamanda polislər xalqın təhlükəsizliyini təmin etmək missiyasını daşıyırlar. Belə hallarda isə hakimiyyətə ciddi inamsızlıq yaranır”.

Sözügedən hadisəyə münasibət bildirən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov bizimlə söhbətində polis vəhşiliyini önə çəkdi: "Biz həmişə olduğu kimi indi də polis zorakılığının şahidi oluruq. Bir qrup şəxsin döyülməsi və saxlanılaraq bölmələrə aparılması məntiqsizliklə yanaşı həm də Azərbaycan xalqının əzilməsini nümayiş etdirir. Heç bir hakimiyyət xalqa və millətə qarşı belə amansız işgəncələr vermir. Hesab edirəm ki, belə hadisələr xalqla polis arasında ciddi narazılıqlara gətirib çıxarda bilər”.
M.Səmədov əlavə etdi ki, insanları əzməklə onların hüquqlarını kobudcasına tapdalayırlar. Bu da Azərbaycan polisinin öz xarakteri deyil: "Vəhşi sionist rejimi xüsusi tapşırıq və göstərişlə müsəlman xalqını sındırmaq istəyir. Bununla da sübut etməyə çalışır ki, təkcə müsəlmanlara deyil, bütün dünyaya hakim məhz cinayətkar İsrail rejimidir. Biz isə onlara anladırıq, səhv edirsiniz siz bizim ölkəyə sahib çıxa bilməzsiniz. Çünki buranın qeyrətli gəncləri var”.












Category: Xəbərlər | Added by: Admin
Views: 759 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Salam: Qonaq

Məktub:

Xoş gəlmisiniz! İstifadəçi adınıza daxil olun !
Istifadəçi paneli
İstifadəçi adı:
Şifrə:
Yadda saxla
Axtar
Qeydiyyat
Online Söhbət
200
Free Sms
Reklam



Saytda reklam yerləşdirmək üçün
050 385 09 52
055 657 19 47
Mail: onlyme@box.az


Bütün hüqüqlar QafqazMMC© tərəfindən qorunur ! 2024