2024-04-24 | Log out 
null null 
Ana Səhifə Qeydiyyat Mp3 Oyunlar Onlayn Photo Shop Səkillər

Menu
Bölmələr
Program [38]
MP3 [37]
Video [22]
Şəkil [11]
Oyun [7]
Dərslik [2]
Xəbərlər [18]
Film [9]
KitabXana [2]
Oxu və Bil [8]
Statistika
hobbies

Ümumi online 1
Qonağlar: 1
İstifadəçilər: 0
Music Box
Səs ver
Saytımızda ən lazmılı nədir ?
Total of answers: 186
Main » Files » Xəbərlər

30 aprel ADNA Terror
2010-04-30, 9:22 PM


Cəmi bir il öncə Bakının mərkəzində baş verən bu qanlı terror aktı bir çox Azərbaycan reallıqlarına aydınlıq gətirdi. İlk öncə onu qeyd etməliyəm ki, elə ilkin araşdırmalardan sonra bu qanlı olayın terror aktı olmasını təkidlə bəyan etmişdim və hətta buna görə mənə təsir etmək və dediklərimə təkzib verməyimi istəyənlər də olmuşdu.



30 aprel 2009-cu il……Azərbaycanın tarixində yeni bir səhifə.Bu səhifə tariximizin digər səhifələrindən fərqlənir.Bu səhifədə nə azadlıq möhürü,nə beynəlxalq layihə nədə hər hansısa bir idman yarışı deyil. Bu səhifə Azərbaycan Dövlət Neft Akademiyasının qanlı səhifəsidir.İlk dəfə Azərbaycanda yaradılan bu təhsil ocağı 1920-ci ildən 30 aprel 2009-cu ilə qədər dünyaya neçə böyük alim şəxsiyyətlər vermişdir.Neçə illərdir yetişdirdiyi elm xadimlərilə fəxr edən bu qocaman təhsil oçağı həmin gün öz göz yaşını fəxr etdiyi insanların sevinci ilə yox terrora qurban verdiyi gənclərinin-övladarının qanı ilə əvəz etdi.



Hər gün burada bu korpusda gələn tələbələrin,müəllimlərin səsini bir anlıq silah səsləri boğdu.Bu səs onların səsini boğduğunu zənn etdi amma olmadı.O bu səsi boğa bilməz, onun buna gücü çatmaz cünki burada Azərbaycan gənci Azərbaycan milləti öz dövlətinin vətənin gələcəyi naminə orada idi.Bu gün o qatil belə hadisəni yaşatmaqla bizləri qorxutduğunu düşündü.Düzdü həlak olan müəllimlər bir daha o lövhədə olmayacaq,həlak olan o tələbələr o sinifdə oturmayacaq.Amma bizim qəlbimizdə akademiyanın tarixində olacaqlar..



Bu hadisəni bizə yaşadanlar düşünməsinlərki bizi qorxutdular.Xeyir sadəcə onlar akademiyanın yanan təhsil ocağını dahada alovlandırdılar. Bu hadisəni törədənlər elə zənn etməsinlər ki biz bundan bezəcək bundan qaçacağıq xeyir biz əsla və əsla bunu etməyəcəyik biz tarixi boyu akademiyanın yazdığı bu tarixi gerçəkləri davam etdirəcək, dünyada mühüm şəxsiyyət olub sözümüzü deyib ,gücümüzü göstərəcəyik.Cünki biz Azəri millətiyik. Bunu törədən terror bilirdiki bura Azərbaycandır və bunuda anlayırdıki biz bir millət olaraq yaramıza toxunan hər bir şəxsi və cəmiyyəti qanımız bahasına olsa belə layiqli cavabını veririk.Və buna görədə o özü özünü öldürərək düşündüki bizə layiqli dərs verdi.O Savalanı,Ayazı qətlə yetirərək Azərbaycan millətini,Azərbaycan millətinin gələcəyini yox etdiyini düşündü amma o bilmədiki o bunu etməklə həyata necə belə Savanlar,Ayazlar bəxş etdi.Bu hadisəni bir daha yaşatmamaq üçün həmin o tələbələr bizlərə,Azərbaycan gəncliyinə,Azərbaycan millətinə əyilməməyi öz yolunda daima davam etməyi göstərdi.Biz bunların şahidi olaraq nəyinki Azərbaycanda hətda dünyada belə bu kimi hadisələrin olmasının öz biliyimizlə öz bacarığımızla qarşısını almalıyıq.Biz bunu özümüzə görə yox insanlıq xatirinə,insanlığı yaşatmaq xatirinə etməliyik.Biz bunu etməklə kifayətlənməməli hətda gələcək nəsillərə belə bunları öyrədib anlatmalıyıq.

ALLAH HƏMİN HADİSƏDƏ ÖLƏNLƏRƏ RƏHMƏT ELƏSİN.RUHLARI NUR İÇİNDƏ OLSUN.


Anım mərasimi niyə belə narahatlıq doğurur?




Qanlı terrordan cəmi 10 gün sonra ADNA-nın 100 metrliyində "Gül bayramı” keçirmək qərarı üzərində təkidlə dayananlar, bütün ikiüzlü bəyanatlarına rəğmən, Azərbaycan insanlarına necə dəyər verdiklərini əyani nümayiş etdirdilər və hətta bu "ümummilli” tədbirə etiraz edən bir qrup gəncə qarşı amansızlıq nümayiş etdirməyi də unutmadılar. O zaman məndə bir sual doğdu: görəsən, gənc Azərbaycan qızının saçından tutub sürüyən polis əməkdaşı hansı millətin təmsilçisidir, hansı əxlaq və mənəviyyatın daşıyıcısıdır və o, hansı ailədə tərbiyə alıb? Maraqlıdır, belələri və onlara əmr verənlər öz əməllərini ailə üzvləri qarşısında hansı motivlərlə əsaslandırırlar? Əlbəttə, bunları emosiya da adlandırmaq olar. Amma bir şey də var ki, bütün ümumbəşəri dəyərlər elə məhz emosiyalar üzərində qurulub. Bu dəyərləri ayaqlar altına atıb tapdamaq isə olsa-olsa qisamüddətli nəticə verə bilər. Keçən il nümayiş etdirilən zorakılıq gəncləri nəinki qorxuda bilmədi, hətta onların sıralarını bir qədər da sıxlaşdırdı. Artıq bu il bir neçə demokratik gənclər təşkilatı Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qanlı terrorun ildönümü ilə əlaqədar ADNA qarşısında anım mərasimi keçirməkdə və 30 aprel tarixini Azərbaycan Tələbələrinin Həmrəylik Günü elan etməkdə israrlıdır.

Ərəstun ORUCLU...





Və son olaraq... Biz bayram yox, matəm istəyirik!!!....



Category: Xəbərlər | Added by: Admin | Tags: 30 aprel ADNA terror 1 il
Views: 1072 | Downloads: 0 | Comments: 1 | Rating: 3.0/2
Total comments: 1
1 Bomba_boy (2010-05-01 0:33 AM) [Entry]
Orda həlak olanlara Allahdan rəhmət, ailelerine ise Allahdan səbr dileyirem. 30 Aprel terror olayından bir il ötməsinə baxmayaraq dünən kimi xatirəmizdədir..Mətbuatda 30 Aprel tarixinin “Tələbə günü” kimi rəsmiləşdirilməsi barədə təkliflər səsləndirilsə də, nə dövlət təşkilatları, nə də QHT-lər tərəfindən bu məsələni diqqət mərkəzində saxlamirlarş
Bizim xalqımız dövlətimiz gör nə qədər vicdansızdır ki, bu qədər tələbənin, gənclərin günahsız yerə həlak olmasına baxmayaraq, bu günü matəm elan etmir.Ancaq televizorda mahnılar səslənir, shou xəbərləri, verilishlər gedir.. Hələ utanmaz-utanmaz Respublika sarayının qabagında Gül bayramına hazırlıq edirlər.Budur bizim vetenperverliyimiz??????????

Only registered users can add comments.
[ Registration | Login ]
Salam: Qonaq

Məktub:

Xoş gəlmisiniz! İstifadəçi adınıza daxil olun !
Istifadəçi paneli
İstifadəçi adı:
Şifrə:
Yadda saxla
Axtar
Qeydiyyat
Online Söhbət
200
Free Sms
Reklam



Saytda reklam yerləşdirmək üçün
050 385 09 52
055 657 19 47
Mail: onlyme@box.az


Bütün hüqüqlar QafqazMMC© tərəfindən qorunur ! 2024