2017-10-20 | Log out 
null null 
Ana Səhifə Qeydiyyat Mp3 Oyunlar Onlayn Photo Shop Səkillər

Menu
Bölmələr
Program [38]
MP3 [37]
Video [22]
Şəkil [11]
Oyun [7]
Dərslik [2]
Xəbərlər [18]
Film [9]
KitabXana [2]
Oxu və Bil [8]
Statistika
hobbies

Ümumi online 1
Qonağlar: 1
İstifadəçilər: 0
Music Box
Səs ver
Saytımızda ən lazmılı nədir ?
Total of answers: 185
Main » Files » Şəkil

Şou-biznesimizin plastik əməliyyat keçirən simaları
2010-04-24, 6:04 PM

Dünyada artıq köklü tarixi olan plastik əməliyyatlar Azərbaycana son illər ayaq basıb. O da sirr deyil ki, plastik əməliyyatlara daha çox gündəmdə olan tanınmış simalar, səhnə insanları əl atırlar. Çoxsaylı dünya ulduzlarının müxtəlif, ən çətin və gözlənilməz plastik əməliyyatlara getmələri də hər zaman maraq doğurub. Bu dəfə plastik əməliyyat olunduqlarını min bir cəhdlə gizlədən, hətta çox hallarda plastik əməliyyat keçirdiklərini danan Azərbaycanın tanınmış simalarından danışacağıq. Xalq artisti Brilliant Dadaşova plastik əməliyyat etdirmədiyini dəfələrlə vurğulasa da, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, o tez-tez İstanbulda plastik cərrahların skalpeli altına düşür. Müğənni bu yaxınlarda verdiyi açıqlamada yalnız dodağına təbii piy vurdurduğunu desə də, onun sinəsinin, belinin, üzünün, hətta ayaqlarını birdən-birə formasının dəyişməsi hamının marağına səbəb olub. Ayaqlarında keçirilən əməliyyatdan sonra B. Dadaşova efirlərə tez-tez dar şalvarlarda çıxmağa başlayıb. Müğənninin yaxın ətrafından əldə etdiyimiz məlumata görə, onu Türkiyənin super-starı Ajda Pekkanın həkimi əməliyyat edir. İki il öncə B. Dadaşovanı əməliyyat edən plastik cərrah ölkədə kifayət qədər məşhur stilist Syamanın da üzündə əməliyyat aparıb. Özünü həm də idmanla formada saxlamağa çalışan müğənninin iki qabırğasının çıxarması barədə söz-söhbətlər də gəzir.





Xalq artisti Məleykə Əsədova da dəfələrlə plastik cərrahlara müraciət edib. Özü bunu gizlətsə də, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur. Hətta Məleykə Əsədova burun əməliyyatından sonra köhnə lentlərinin efirə verilməsini də qadağan edib. M. Əsədovanın həmkarı Sənubər İsgəndərli də botoks üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.



Heç vaxt plastik cərrah skalpeli altına düşmədiyini və ən azından buna ehtiyacı olmadığını vurğulayan xalq artisti İlhamə Quliyeva üzərində müəyyən dəyişikliklər etdirib. Yəqin ki, yaşlı nəslin nümayəndələri İlhamə Quliyevanın əməliyyatdan əvvəlki burnunu yaxşı xatırlayırlar. Müğənni bir neçə dəfə Moskvada sinəsində və üzündə əməliyyat etdirib. İ. Quliyevanı Bakıda əməliyyat edən cərrahın adı isə Cəlaldır. Bu cərraha müraciət edən İ. Quliyeva ondan müxtəlif plastik əməliyyatları həyata keçirməyi istəyib.




Ötən ilin sonunda növbəti uğurlu əməliyyatı ilə diqqət çəkən xanım müğənnilərdən biri də xalq artisti Nazpəri Dostəliyeva olub. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. İki dəfə burnunun görünüşünü dəyişən müğənni daha sonra üzünü dartdırıb, dodağını silikon etdirib. Hətta onun ayaqlarında da cərrahiyyə əməliyyatı aparıldığı bildirilir. N. Dostəliyeva ilk əməliyyatı 2000-ci ilin ortalarında etdirib. Hətta müğənni bunu işıqlandırmaq istəyən mətbuat nümayəndələrini məhkəmə ilə də hədələyirdi. Onun yerli klinikaların birində yerli mütəxəssislər tərəfindən əməliyyat olunduğu bildirilir. Dəhşətli avtomobil qəzasından sonra üzü tanınmaz vəziyyətə düşən Nuraya ikinci həyatı Sankt-Peterburqun məşhur cərrahı Nekrasov verib. Nekrasov Nuranın üzü ilə yanaşı, bədəninin bir çox yerində də uğurlu əməliyyat keçirib. Adıçəkilən müğənninin Nekrasovun yanına Aygün Kazımovanın köməkliyi ilə getdiyi bildirilir. Müğənni üçüncü dəfə ana olduqdan sonra qarın nahiyəsində kosmetik-korrektiv əməliyyat da keçirib. Plastik cərrahiyyə əməliyyatını gizlədənlərlə yanaşı, bununla fəxr edənlər də var. Bədəninin müxtəlif yerlərində doqquz dəfə əməliyyat keçirən Rəqsanə İsmayılova bu addımı ilə yeddi dəfə cərrah masasına uzanmış xalq artisti Aygün Kazımovanı geridə qoyub. Rəqsanənin keçirdiyi əməliyyatların əksəriyyəti isə uğursuz olub. Müğənninin üzündəki qüsurlar bunu deməyə əsas verir.



İlk dəfə əməliyyat keçirdiyini ictimaiyyətə elan edən, hətta bununla gündəmdə qalmağı bacaran xalq artisti Aygün Kazımova təkcə burnunu üç dəfə əməliyyat etdirib. Dəfələrlə sinəsinin ölçülərini dəyişib, göz formasına belə müdaxilə edib. Liposaksiya yolu ilə artıq piylərdən azad olan A. Kazımova uğurlu əməliyyatlarına görə rusiyalı cərrah Nekrasova borclu olduğunu hər dəfə xüsusi vurğulayır. O, dünyada yeganə müğənnidir ki, plastik cərrahiyyə əməliyyatını lentə aldırıb və bunu "Tez gəl” klipi altında tamaşaçılara təqdim edib.




Digər həmkarlarından fərqli olaraq xalq artisti Nisə Qasımovanın cavanlaşmaq məqsədi ilə üzündə keçirdiyi əməliyyat pulsuz başa gəlib. Müğənni pulsuz əməliyyatın müqabilində klinikanı uzun müddət reklam edib.



Bu yaxınlarda növbəti dəfə plastik əməliyyat keçirənlər arasında Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, dodağını silikon, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib. Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib. Araşdırma zamanı məlum olub ki, bu riskli addıma ilk olaraq imza atan hər iki sənətkar həm də qadınlar arasında Azərbaycanda avtomobil sürən ilk tanınmış simasıdır.



Plastik cərrahiyyə əməliyyatlarının həyat üçün təhlükəli olması heç kimə sirr deyil. Bu əməliyyata girməzdən əvvəl hər bir pasiyent baş verə biləcək bədbəxt hadisəyə görə məsuliyyət daşıdığını öz imzası ilə təsdiqləyir. Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişənlərdəndir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirmək istəyib. Yerli xəstəxanaların birində baş tutan uğursuz əməliyyata görə cinayət işi açılsa da, müğənninin məsuliyyəti öz üzərinə götürdüyü barədə imzaladığı sənəd həkimi məsuliyyətdən qurtarıb. Şou-biznes nümayəndələrinin keçirdiyi heç də bütün plastik əməliyyatlar uğurla nəticələnmir. Əsasən burunlarının formasını dəyişdirməyə çalışan müğənnilər dəfələrlə onları qane etməyən nəticələrlə üzləşiblər. Röya üç dəfə burun əməliyyatı keçirsə də, hələ də burnunda tikişlərin kobud izləri qalmaqdadır. Xuraman Şuşalı, Almaz Ələsgərli və Rəhim Rəhimlini də uğursuz burun əməliyyatı etdirmiş sənətçilər sırasına daxil etmək olar.  




Dünya təcrübəsində olduğu kimi, Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlardan yararlananlar az deyil. Məsələn, uzun müddət əməliyyat olunduğunu gizlədən Nadir Qafarzadənin burnuna və dodağına əl gəzdirməsi göz qabağındadır. Müğənni dodağına silikonu ilk dəfə mərkəzi gözəllik salonlarının birində qoydurub, alnına botoks üsulu ilə vaksinlər vurdurub.




Xalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. Müğənni növbəti dəfə sinə və qollarına silikon etdirmək üçün cərrah masasına uzanıb. Bu əməliyyatı boynundan atan F. Ağayev nədənsə əməliyyat mövzusunda danışmaqdan imtina edir. Unutmaq lazım deyil ki, idmanla üç həftə ərzində bu cür bədən quruluşuna malik olmaq qeyri-mümkündür. Xalq artistinin sonuncu əməliyyatı 2008-ci ilin yay aylarına təsadüf edir.





Bir faktı da nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar saçı tökülmüş kişi müğənnilər arasında saç əkdirmək dəb halını alıb. Sonuncu dəfə bu prosedurdan Cavanşir Məmmədov uğurla yararlanıb. Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da bu üsuldan istifadə edən kişi müğənnilər sırasındadırlar
. ... Sözsüz ki, bu siyahını uzatmaq da olar. Ancaq günaşırı televiziya ekranlarında, şou-proqram və el şənliklərində tanınmışların simasını görən və bu simada baş verən dəyişiklərə şahid olan tamaşaçılara bütün bunlar sirr deyil. O səbəbdən də sizləri daha çox gizli saxlanılan plastik əməliyyatlarla bağlı məlumatlandırmaq istədik...


Category: Şəkil | Added by: Admin | Tags: Şou-biznesimizin plastik əməliyyat
Views: 1096 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Salam: Qonaq

Məktub:

Xoş gəlmisiniz! İstifadəçi adınıza daxil olun !
Istifadəçi paneli
İstifadəçi adı:
Şifrə:
Yadda saxla
Axtar
Qeydiyyat
Online Söhbət
200
Free Sms
Reklam



Saytda reklam yerləşdirmək üçün
050 385 09 52
055 657 19 47
Mail: onlyme@box.az


Bütün hüqüqlar QafqazMMC© tərəfindən qorunur ! 2017