2024-03-28 | Log out 
null null 
Ana Səhifə Qeydiyyat Mp3 Oyunlar Onlayn Photo Shop Səkillər

Menu
Bölmələr
Program [38]
MP3 [37]
Video [22]
Şəkil [11]
Oyun [7]
Dərslik [2]
Xəbərlər [18]
Film [9]
KitabXana [2]
Oxu və Bil [8]
Statistika
hobbies

Ümumi online 1
Qonağlar: 1
İstifadəçilər: 0
Music Box
Səs ver
Saytımızda ən lazmılı nədir ?
Total of answers: 186
Main » Files » Oxu və Bil

Hikmətli sözlər
2010-06-04, 5:38 PM
Hikmətli sözlər.

1. Öyrənin ki, öyrədəsiz. Özünüzü öyməyəsiz !

2. Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.

3. Yalan danışan yanındakını qanmaz yerinə qoyar.

4. Söz deyən azdır, söz çeynəyən çox.

5. Xalının tozu tükənər, dəlinin sözü tükənməz.

6. Deyirəm dilim yanır, demirəm- ürəyim.

7. Söz quşdur, buraxsan uçub gedər.



8. Yarı gör özün danış, ev yıxar ara sözü.

9. Lətifə həqiqeti həzm edən mə’dən suyudur.

10. Söz var gələr keçər, söz var dələr keçər.

11. Sözün doğrusunu de, atı min çap!!

12. Ağlar gözdən, saxta sözdən özünü qoru.

13. Axar suya dayanma, hər deyilənə inanma.

14. Armud kaldır yemək olmur, hər sözü açıb demək olmur.

15. Dadlı söz-can arzusu, dadsız söz-baş ağrısı.





16. Doğru söz acı olar, nəticəsi şirin. 

17. Ev kimindir?-Oturanın. Söz kimindir?-Götürənin

18. Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.

19. Ən böyük igidlik sözü üzə deməkdir.

20. Plovu yeyənə ver, sözü -deyənə.

21. Bu gün sən deyərsən, sabah sənə deyərlər.



22. Bunu eləyəcəm demə, bunu eləmişəm de!

23. Dəli özü söylər, özü də eşidər.

24. Söhbət -darı torbasıdır, deşildi –axacaq.

25. Dəlinin sözü, sərxoşun gözü.

26. Yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz.

27. Yalan söz bir qısa örtüyə bənzər: insanın bir səmtini örtsə,o birisi açıq qalar.

28. Çox söz yalansız olmaz, çox pul haramsız.

29. Almaz yonulmasa, insan yanılmasa mükəmməlləşməz

30. Paylaşılan sevinc 2 dəfə artar, paylaşılan dərd yarıya enər



31. Başqalarını tanıya bilən savadlı, özünü tanıya bilən isə ağıllıdır

32. Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.

33. Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.

34. Qadına əsas şey həya, ismətdir
     Bunlar qadın üçün böyük sərvətdir


35. Hikmətə bax: gör nə demiş atalar;
 Qısa sözdə olar dərin mənalar.

Category: Oxu və Bil | Added by: Bomba_boy | Tags: Hikmətli sözlər
Views: 1725 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 2
2 Bomba_boy (2010-06-06 11:57 AM) [Entry]
Müsaqil sən hələ uşaqsan,bir azda böyü əməyin nə olduğunu bilərsən

1 (2010-06-05 1:22 PM) [Entry]
Lap ele bir ozun yazmisan, ALa ne emek serf elmiseneeee????

Only registered users can add comments.
[ Registration | Login ]
Salam: Qonaq

Məktub:

Xoş gəlmisiniz! İstifadəçi adınıza daxil olun !
Istifadəçi paneli
İstifadəçi adı:
Şifrə:
Yadda saxla
Axtar
Qeydiyyat
Online Söhbət
200
Free Sms
Reklam



Saytda reklam yerləşdirmək üçün
050 385 09 52
055 657 19 47
Mail: onlyme@box.az


Bütün hüqüqlar QafqazMMC© tərəfindən qorunur ! 2024