2024-04-20 | Log out 
null null 
Ana Səhifə Qeydiyyat Mp3 Oyunlar Onlayn Photo Shop Səkillər

Menu
Bölmələr
Program [38]
MP3 [37]
Video [22]
Şəkil [11]
Oyun [7]
Dərslik [2]
Xəbərlər [18]
Film [9]
KitabXana [2]
Oxu və Bil [8]
Statistika
hobbies

Ümumi online 1
Qonağlar: 1
İstifadəçilər: 0
Music Box
Səs ver
Saytımızda ən lazmılı nədir ?
Total of answers: 186
Main » Files » Oxu və Bil

Hər bir müsəlmanın bilməsi gərəkən mövzular
2010-05-09, 9:56 AM
Artıq 18 yaşına çatmış hər bir kəsin Allahla bir problemi yaranır.. Bu problemlər isə aşağıdakılardan hər hansısa birindən və ya çox hissəsindən ibarət ola bilər..

Oxuyun sona qədər öz probleminizədə rast gəlmiş olacaqsınız..

1 - Allaha şərik qoşmaq:

Allah-təala buyurur "Allah, Ona şərik qoşmağı qətiyyən bağışlamır. Bundan başqa hər bir günahı istədiyi şəxsə bağışlayır. Allaha şərik qoşan, şübhəsiz ki, haqq yolundan azmışdır" (ən-Nisa, 116).
Allah-təala həmçinin buyurur: "... Allaha şərik qoşana Allah Cənnəti haram etmişdir. Onun qisməti, heç şübhəsiz ki, Cəhənnəmdir. Zalımlara yardımçı edən olmaz!" (əl-Maidə, 72).

Allahdan qeyrisindən kömək diləmək, Allahdan qeyrisinə sığınmaq, dua etmək və ya rica etmək şirkin əlamətlərdir.

2 - Qəsdən adam öldürmək:

Allah-təala buyurur: "Hər kəs bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanır" (ən-Nisa, 93).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Müsəlmanı hətta acı bir sözə görə belə öldürən şəxs Qiyamət günü alnında "Allahın mərhəmətindən məhrumdur" yazısı ilə gələcəkdir".

3 - Özünü öldürmək:

Allah-təala buyurur: "... özünüz özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, biz onu Cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır" (ən-Nisa, 29-30).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Dəmirlə vurub özünü qətlə yetirən şəxs əlindəki qılınc qarnına soxulmuş halda əbədi olaraq Cəhənnəmə atılır. Özünü zəhərləyib öldürən şəxs əlində zəhər Cəhənnəmə atılır və həmişəlik orada qalır. Özünü qayadan atıb öldürən şəxs Cəhənnəm oduna atılır və əbədi olaraq orada qalır".

4 - Sehr, onu öyrənmək və ona əməl etmək:

Sehr, onu öyrənmək və ona əməl etmək küfrdür. Allah-təala buyurur: "... lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular" (əl-Bəqərə, 102).

5 - Cadugərlərə və falçılara inanmaq:

Allah-təala buyurur: "Bilmədiyin bir şeydən yapışma. Çünki qulaq, göz və ürək - bunların hamısı sorğu-suala çəkiləcəklər" (əl-İsra, 36).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Falçıya və ya sehrbaza müraciət edib onun dediklərinə inan şəxs Məhəmmədə nazil olanları inkar etmiş olur". Peyğəmbər (s.ə.s) həmçinin demişdir: "Falçıya müraciət edib onun dediklərinə inanan adamın qırx günlük namazı qəbul edilməzdir".

6 - Namaz qılmamaq:

Allah-təala buyurur: "Onlardan (peyğəmbərlərdən) sonra namazı tərk edib şəhvətlərə uyan bir nəsil gəldi. Biz onları (bu nəsli) Fey dərəsinə (Cəhənnəmdə) atacağıq" (Məryəm, 59).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Bəndə ilə küfr arasında namaz qılmamaq durur".

7 - Zəkata mane olmaq:

Allah-təala buyurur: "... Qızıl-gümüş yığıb onu Allah yolunda sərf etməyənlərə şiddətli bir əzaba düçür olacaqları barədə xəbər ver" (ət-Tövbə, 34).

8 - Oruc tutmamaq:

Allah-təala buyurur: "Ey iman gətirmişlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib bilindiyi kimi, sizə də vacib bilinir ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Oruc sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdır..." (əl-Bəqərə, 183-184).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Ramazan ayında qəsdən bir gün orucunu pozan bütün dəhr (ömrü) boyu oruc tutsa belə kifyət etməz".

9 - Valideynlərə hörmətsizlik:

Allah-təala buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə xoş rəftar etməyi buyurmuşdur..." (əl-İsra, 23).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Valideynləri ilə xoş davrananlarla Allah da xoş davranar. Valideynlərini sevməyənləri Allah da sevməz".

10 - Zinakarlıq:

Allah-təala buyurur: "Zinaya da yaxınlıq etməyin. Bu çox çirkin bir əməl və pis bir yoldur" (əl-İsra, 32).

Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir: "Yanıma Cəbrail və Mikail gəlib dedilər: Biz yola çıxdıq, yuxarıdan dar, aşağı hissəsindən geniş bir dərəyə rast gəldik. İçəridən iniltilər və cürbəcür səslər gəlirdi. Dərəyə baxdıq Orada çılpaq qadın və kişiləri gördük. Aşağıdan onların üstünə alov hücum edirdi. Alovun şiddətli istisindən onlar qışqırırdılar. Soruşdum: Onlar kimlərdir, ya Cəbrail? Dedi: Onlar zinakar qadın və kişilərdir. Bu onların Qiyamət gününə qədər məruz qalacaqları işgəncələrdir".

Category: Oxu və Bil | Added by: A-N-G-E-L
Views: 1214 | Downloads: 0 | Comments: 3 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Salam: Qonaq

Məktub:

Xoş gəlmisiniz! İstifadəçi adınıza daxil olun !
Istifadəçi paneli
İstifadəçi adı:
Şifrə:
Yadda saxla
Axtar
Qeydiyyat
Online Söhbət
200
Free Sms
Reklam



Saytda reklam yerləşdirmək üçün
050 385 09 52
055 657 19 47
Mail: onlyme@box.az


Bütün hüqüqlar QafqazMMC© tərəfindən qorunur ! 2024